“Fənərbaxça” növbəti matçına çıxıb
Avroliqanın 1/16 mərhələsində “Fənərbaxça” növbəti matçına çıxıb. BATE-lə qarşılaşan “sarı-lacivərtlilər” oyunu azarkeşsiz keçirib.

Almaniyada keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşdığından İstanbul təmsilçiləri meydana qələbə üçün çıxmışdı. İlk hissənin sonlarında Kristianın penalti zərbəsi dəqiq olub – 1:0. Görüş bu hesabla da başa çatıb. Beləliklə, “Fənərbaxça” Avroliqanın 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Xəbər 844 dəfə oxundu.