“Sumqayıt” futbol komandasının illik hesabatı hazırlanıb
“Sumqayıt” futbol klubu tərəfindən növbəti layihə həyata keçirilib.

Komandanın 2011-2012-ci illəri əhatə edən illik hesabatı onun rəsmi saytında yerləşdirilərək internet istifadəçilərinin ixtiyarına verilib.

İlik hesabatda ötən mövsümdə görülmüş işlər barəsində məlumatlar əksini tapıb.

Təqdim olunan hesabatda hər ayın məlumatı ilə yanaşı, komanda haqqında statistik, həmçinin azarkeşlər və lisenziyalaşma haqqında geniş məlumatlar da yer alıb.

“Sumqayıt” futbol klubunun illik hesabatı saytın əsas səhifəsində yerləşdirilib.

AzərTAc

Xəbər 877 dəfə oxundu.