Ayxan Abbasov karyerasına rəsmən son qoyub
Milli komandamızın sabiq üzvü Ayxan Abbasov karyerasına rəsmən son qoyub. 31 yaşlı müdafiəçi I divizion klublarından aldığı təklifləri qəbul etməyib və yaşıl meydanlarla vidalaşıb.

Ayxan indiyədək “MKT-Araz”, “İnter”, “Qarabağ” və “Turan”ın formasını geyinib. O, bir çox həmkarı kimi məşqçiliyə başlamaq niyyətindədi.

Xəbər 1119 dəfə oxundu.