Alessandro Del Pyero qərarını verib
“Yuventus”dan ayrıldıqdan sonra Avstraliyanın “Sidney” klubu ilə anlaşan Alessandro Del Pyero qərarını verib. Turin klubunun əfsanəsi glən mövsüm də bu ölkədə çıxış edəcək.

38 yaşlı italyan ulduz bir çox klubdan təklif alsa da, “Sidney”də qalmaq qərarına gəlib. Bu barədə o, özü məlumat verib: “Burda daha bir mövsüm qalacağım üçün xoşbəxtəm. Mövsümün əvvəlində futbolu çox sevdiyim üçün bura gəldim. Avstraliyada keçirdiym hər andan zövq alıram”.
Futbolçu gələn mövsüm “Sidney”dən 1,5 milyon avro maaş alacaq.

Xəbər 838 dəfə oxundu.