Burak Yılmaz Ronaldoyla eyni zirvədə
Çempionlar Liqasının bombardirlər siyahısında “Real”In hücumçusu Kriştiano Ronaldoya şərik çıxıb.

Dünən “Şalke” ilə oyunda (1:1) hesabı açan “Qalatasaray”ın hücumçusu Burak Yılmaz cari yarışdakı qollarının sayının yeddiyə çatdırıb. Bununla da Burak Yılmaz ÇL-də yüzfaizli nəticəyə imza atıb – yeddi oyun, yeddi qol.

Beləliklə, hazırda ÇL-in bombardirlər siyahısına hərəyə yeddi qol vuran Burak Yılmaz və Kriştiano Ronaldo başçılıq edir. Sonrakı yerləru Oskari Alan, Robert Levandovski Lionel Messi (6 qol) tutur.

Xəbər 903 dəfə oxundu.