İngiltərə futbolu təhlükə ilə üzləşib
İngiltərə futbolu təhlükə ilə üzləşib. İngiltərə 17 ildən sonra Çempionlar Liqasının 1/4 final mərhələsində təmsil olunmamaq qorxusu yaşayır.

“Mançester Yunayted”in Madriddə “Real”la (1-1) bərabər qalaraq şansını “Old Trafford”a saxlaması və “Arsenal”ın “Bavariya”ya (1:3) məğlub olması ingilis futbolsevərləri şoka salıb.

Qeyd edək ki, sonuncu dəfə 1995/96 mövsümündə 1/4 finalda heç bir ingilis təmsilçisi mübarizə aparmayıb.

Xəbər 866 dəfə oxundu.