“Qalatasaray” – “Şalke” matçının ən yaxşı futbolçusu
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “Qalatasaray” – “Şalke” matçının ən yaxşı futbolçusu müəyyənləşib. Bu Bundesliqa təmsilçisinin gənc ulduzu Yulian Drakslerdi.

“Şalke”də son həftələr forma şansı əldə edən və “Cim-Bom” qarşısında da oynadığı təsirli futbolla diqqətləri üzərinə çəkən 19 yaşlı yarımmüdafiəçi UEFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, Draksler qarşılaşmanın sonuna qədər meydanda mübarizə aparmayıb. O, matçın 83-cü dəqiqəsində komanda yoldaşı Barnetta ilə əvəzlənib.

Xəbər 870 dəfə oxundu.