Dünya Kuboku 2013: Azərbaycan Rusiya və Türkiyə ilə eyni yarımqrupda
21-22 fevral 2013-cü il tarixdə sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Sərbəst güləş yarışlarında Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarusiya, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.

Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Rusiya, Türkiyə, Belarusiya və Qazaxıstanla birgə "A" yarımqrupunda, İran, Bolqarıstan, ABŞ, Yaponiya və Gürcüstan komandaları "B" yarımqrupunda mübarizə aparacaq. Qaydalara əsasən, yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.

Azərbaycan güləşçiləri ilk görüşünü Rusiya yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə təxminən saat 10.00-da başlayacaq.

Xəbər 2559 dəfə oxundu.