Elhad Nəziri "Petrolul"dan ayrılıb
Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri yeni komandasının – Rumıniyanın “Petrolul” klubunun düşərgəsindən ayrılıb. Bu barədə Ploeşti klubunun rəsmi saytı məlumat yayıb.

Buna səbəb onun viza problemi ilə üzləşməsidi. Hazırda o, viza açmaqla məşğul olduğundan, komandanın məşqlərində də iştirak edə bilmir. Amma yaxın günlərdə Elhad bu məsələni yoluna qoyub, “Petrolul”la məşqlərə çıxmalıdı.

Xəbər 1043 dəfə oxundu.