Mərdəkan qəsəbəsində rayon turniri keçirilib
“26 fevral Xocalı soyqırımı” nın ХХI il dönümü ilə əlaqədar Xəzər rayon Gənclər və İdman idarəsi, Xəzər rayon mütəxəssis hazırlığı məktəbi ilə birgə 20 fevral tarixində Mərdəkan qəsəbəsindəki Tirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rayon orta ümümtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Mahir nişançı” adlı güllə atıcılığı üzrə rayon turniri keçirilib.

Ümumilikdə 20 komanda,100 nəfərin iştirakı ilə keçirilən yarışda birinci yerə 181 saylı, ikinciyə 235 saylı, üçüncüyə 234 saylı tam orta məktəb layiq görülüb.

Sonda qalib komandalar diplom və hədiyyələrlə təltif olunublar.

Xəbər 934 dəfə oxundu.