“Sumqayıt” hazırlığını davam etdirir
Premyer Liqanın XX turu çərçivəsində doğma azarkeşləri qarşısında “Turan”la qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. “Bayıl Arena”da məşqə çıxan komandanın heyətində zədəli futbolçu yer almır.

Zədə səbəbindən “Qarabağ”la qarşılaşmada iştirak etməyən Murad Ağayev də artıq sıraya qayıdıb. Əvəzedici heyətin üzvü Fərid Kərimzadə də hazırda əsas komanda ilə hazırlaşır.

Xəbər 894 dəfə oxundu.