“Milan” “Barselona”ya, “Qalatasaray” “Şalke”yə qarşı
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Son oyun günündə bütün diqqətlər Milana yönələcək. Burada eyniadlı komanda ÇL-in favoriti olan “Barselona”nı qəbul edəcək.

Azərbaycanlı azarkeşlər üçün İstanbulda baş tutacaq “Qalatasaray” – “Şalke” qarşılaşması da az maraq doğurmayacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 23.45-də başlanacaq.




20 fevral

23.45. “Milan” (İtaliya) – “Barselona” (İspaniya)
23.45. “Qalatasaray” (Türkiyə) – “Şalke” (Almaniya)

19 fevral

23.45. “Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:3
23.45. “Porto” (Portuqaliya) - “Malaqa” (İspaniya) - 1:0


13 fevral

“Real” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 1:1
“Şaxtyor” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya) - 2:2

12 fevral

“Valensiya” (İspaniya) – PSJ (Fransa) - 1:2
“Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya) - 0:3

Xəbər 862 dəfə oxundu.