“Real” Kavanini yayda heyətinə qatmaqda israrlıdı
“Real” Edinson Kavanini yayda heyətinə qatmaqda israrlıdı. Transfer çalışmalarını davam etdirən “Kral Klubu” “Napoli”linin ulduzu üçün 60 milyon avrodan keçməyə hazırdı.

“AS” qəzetinin xəbərinə görə, klublar arasında rəsmi danışıqlar prosesi yaxın günlərdə başlayacaq. “Real” danışıqların gedişindən aslı olaraq təklifini artıra bilər.

Qeyd edək ki, Kavani “İnter” və “Neftçi”nin sabiq forvardı, Premyer Liqanın bombardiri olmuş uruqvaylı forvard Valter Quqlemonun qardaşıdı.

Xəbər 1137 dəfə oxundu.