3 oyun canlı yayımda
Premyer Liqanın XXI turunun 3 oyunu canlı yayımlanacaq. Qarşılaşmalardan birini Az.TV, ikisini “İdman Azərbaycan” canlı yayımlayacaq.

Belə ki, Az.TV cümə günü saat 15.00-da “Bayıl Arena”da başlayacaq “Rəvan” – “Qarabağ” oyununu azarkeşlərə təqdim edəcək.

“İdman Azərbaycan” isə şənbə günü saat 15.00-da başlayacaq “Qəbələ” – “Xəzər Lənkəran”, iki saat sonra start götürəcək “Neftçi” – “İnter” oyunlarını efirə verəcək.

Cümə günü keçiriləcək “Simurq” – “Bakı”, şənbə günü baş tutacaq AZAL – “Kəpəz”, bazar günü oynanılacaq “Sumqayıt” – “Turan” oyunu isə heç bir kanalın proqramına salınmayıb. Düzdü, Az.TV-nin bazar günü proqramı hələ qurumun rəsmi saytına yerləşdirilməyib. Bu səbəbdən “Sumqayıt” – “Bakı” matçının bu kanalla yayımlanması istisna deyil.

Xəbər 904 dəfə oxundu.