Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib
Azərbaycan Dövlət Tibb Universitetinin idman kompleksində qadınlar və kişilər arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib.

Komanda, şəxsi, qoşa və qarışıq qoşa növlər üzrə keçirilən yarışda 100 (60 kişi və 40 qadın) idmançı iştirak edib.

Komanda yarışları üzrə kişilər arasında Bakının “Təhsil” kollektivi birinci olub. Qoşa yarışlarda Ramil Cəfərov (“Təhsil”) –Hilal Həsənov (Bakı Tennis Məktəbi) dueti qızıl medal qazanıb. Şəxsi yarışlarda isə kişilər arasında Fərhad İsmayılov (“Təhsil” RİM Bakı) birinci yeri tutub.

Qadınlar arasında qoşa yarışda birinci yeri Zərif Əliyeva - Rüfət Quliyeva (“Aztelekom” İB) cütlüyü tutmuşdur, qoşa qarışıq yarışı üzrə Hilal Həsənov (Bakı Tennis Məktəbi) - Səbinə Əhmədova (“Aztelekom” İB) çempion olublar.

AzərTAc

Xəbər 1341 dəfə oxundu.