Şəkidə şəhər birinciliyi keçirilib
Şəki şəhəri üzrə ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə şəhər birinciliyi keçirilib. 5 saylı orta məktəbdə 180 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi perspektiv idmançıları aşkar edərək zona komandasına cəlb etməkdir.

Sonda 7 saylı məktəb birinciyə, 9 saylı məktəb ikinciyə, 10 saylı məktəbin komandası üçüncü yerə layiq görülüblər.

Xəbər 781 dəfə oxundu.