O.İ.Musayevə Azərbaycan Respublikası prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” 10 oktyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara alıram:
1. XIII Pekin Yay Paralimpiya Oyunları çempionu Oloxan İsayeviç Musayevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2009-cu il.

Xəbər 1135 dəfə oxundu.