AFFA iki kluba texniki məğlubiyyət verib
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib. “Turan” “Azercell U-17 Liqa”nın ROİL-lə oyununda iştirak etmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyətə üzülüb.

Futzal üzrə Azərbaycan I divizionunda çıxış edən “Ağdaş” isə başqa səbəbdən cəzalanıb. Belə ki, komanda “Çevik”lə matçın 38-ci dəqiqəsində meydanı tərk edib. Bu səbəbdən “Ağdaş”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Xəbər 791 dəfə oxundu.