“Kids Athletiks” Astarada
18 fevral Astara Olimpiya İdman Kompleksində Azərbaycan Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Beynəlxalq Atletika Federasiyası və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə Azərbaycanda Uşaq Atletikasının inkişaf etdirilməsinə həsr olunmuş “Kids Athletiks Astarada” adlı seminar və treninqlər keçirilib.

V və VI siniflərdə oxuyan 60 dan artıq uşaqların iştirakı ilə keçirilən seminarda orta məktəblərdə çalışan 25 dən artıq bədən tərbiyəsi müəllimləri iştirak edib.

Seminarın yekununda iştirak etmiş uşaqlara həvəsləndirici diplomlar, məşqçi və müəllimlərə isə Azərbaycan Atletika Federasiyasının sertifikatları təqdim olunub.

Xəbər 954 dəfə oxundu.