Mançini özünü İngiltərədə ən yaxşı baş məşqçi adlandırıb
“Mançester Siti”nin baş məşqçisi Roberto Mançini özünü İngiltərədə ən yaxşı baş məşqçi adlandırıb. İtalyan mütəxəssis bunu son 15 ayda qazandığı uğurlarla bağlayıb.

İngiltərə Federasiya kubokunda “Lids”ə qalib gəldikləri oyundan sonra “BBC”-yə açıqlama verən Mançini bunları bildirib: “Son 15 ayın nəticələrini nəzərə alsaq,İngiltərənin ən yaxşı baş məşqçisi mənəm. Altı ay əvvəl komandanın başına Pep Qvardiola gəlməlidir söyləyənlər var idi. Amma o “Bavariya”ya getdi. İndi başqa adlar danışırlar”.

Çempionlar Liqasından başqa komandasına hər kuboku qazandırdığını söyləyən Mançini heç bir baş məşqçinin 15 ayda bu qədər kubok qazanmadığını bildirib.

Xəbər 848 dəfə oxundu.