Qax rayonunda məktəbli kuboku start götürüb
10 yanvar Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Qax rayonunda 5 və 7-ci sinifləri arasında futbol üzrə “Coca-cola” məktəbli kuboku start götürüb.

AFFA-nın təşəbbüsü ilə 5-7-ci siniflər arasında keçirilən yarışlarda 16 komandada 192 nəfər iştirak edib.
Yarışların final mərhələsi fevralın 14-də keçirilib.

Sonda 2 saylı tam orta məktəbin birinciyə, Ləkit kənd tam orta məktəbinin komandaları ikinci yerə layiq görülüblər. Qaliblər AFFA-nın diplomları və qiymətli hədiyyələri ilə təltif olunublar.

Xəbər 3059 dəfə oxundu.