Gənclər Belarusdan 10 medalla döndü!
Belarusun Qomel şəhərində boks üzrə gənclər arasında beynəlxalq turnirə yekun vurulub. Əfqanıstanda həlak olmuş hərbçilərin xatirəsinə həsr olunmuş yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Litva, Rusiya və Ukraynanın 80 dəri əlcək ustası mübarizə aparıb. Millimiz yarışda 5 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq, ümumkomanda hesabında 1-ci yeri tutub. 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda Dmitri Kulidanı məğlub etməklə yanaşı, həm də turnirin “ən yaxşı boksçusu” üçün ayrılmış mükafata da sahib olub. Cavid Quliyev (64 kq) həlledici görüşdə belaruslu Aleksey Borisovu məğlub edib. Sadiq Səmədov (91 kq) və Məhəmmədəli Tahirov (91+kq) da bütün rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Roman Zakirov (69 kq) və Orxan Əliyev (81 kq) yalnız finalda uduzaraq, 2-ci yeri tutublar. Nurlan Nağıyev (60 kq), Nəbi Bağırov (75 kq) və Şamil Əliyev (81 kq) isə 3-cü yerlə kifayətləniblər.

Xəbər 1099 dəfə oxundu.