Premyer Liqanın XXI turunun oyun cədvəli açıqlanıb
Premyer Liqanın XXI turunun oyun cədvəli açıqlanıb. Turun oyunları 3 gün ərzində – 22-24 fevral tarixlərində baş tutacaq.

İlk oyun günündə 2 qarşılaşma kəçiriləcək. Həmin gün saat 15.00-da “Qarabağ” “Rəvan”ın, iki saat sonra “Bakı” “Simurq”un qonağı olacaq.

İkinci oyun günündə 3 qarşılaşma baş tutacaq. Günə saat 15.00-da “Qəbələ” – “Xəzər Lənkəran” oyunu ilə start veriləcək. Bundan iki saat sonra turun mərkəzi qarşılaşması, ilk iki pilləni tutan “Neftçi” və “İnter” qarşılaşacaq. Günün son oyununda AZAL “Kəpəz”i qəbul edəcək. Bu oyunun start fiti saat 18.00-da çalınacaq.

Tura bazar günü keçiriləcək “Sumqayıt” – “Turan” oyunu ilə yekun vurulacaq. Günün yeganə qarşılaşması saat 15.00-da başlayacaq.

22 fevral
Rəvan – Qarabağ
“Bayıl Arena”, 15.00.
Simurq – Bakı
Zaqatala şəhər stadionu, 17.00.
23 fevral
Qəbələ – Xəzər Lənkəran
Qəbələ şəhər stadionu, 15.00.
Neftçi – İnter
“Bakcell Arena”, 17.00.
AZAL – Kəpəz
“AZAL Arena”, 18.00.
24 fevral
Sumqayıt – Turan
“Bayıl Arena”, 15.00.

Xəbər 822 dəfə oxundu.