Boksçularımız “Fəcr” turnirində
Iranın Xoy şəhərində boks üzrə beynəlxalq “Fəcr” turniri keçirilib. Turnirdə İran, Türkiyə yığmaları ilə yanaşı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezam olunmuş Azərbaycan komandası da iştirak edib. İdmançılarımız 7 çəki dərəcəsində qüvvələrini sınayıblar.

Nəticələrə görə, Xəyyam Məmmədov (56 kq), Hüseyn Qasımov (81 kq) qızıl, Aslan Mehdiyev (64 kq), Ruslan Qasımov (69 kq) gümüş, Pərviz Rzayev (49 kq), Vüsal Bayramov (60 kq) və Naib Nağıyev (75 kq) bürünc medal qazanıblar.

Məşqçılər arasında isə İlkin Seyfəddinov ən yaxşı məşqçi adına layiq görülüb.

Xəbər 1030 dəfə oxundu.