Sumqayıtda sərbəst güləşçilər arasında tədbir keçirilib
Analoji tədbir cari ilin 16–17 fevral tarixlərində "Alüminumçu" İdman Evində “Təhsil” RİM-Sumqayıt Filialı, “Zenit” İ.C. və İOEUGİM-nin 18-20 yaşlı 70-dən artıq gənc sərbəst güləşçilər arasında keçirilib.

Iki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Kənan Ağamalıyev (46kq), Pərviz Musayev (50kq), Murad Mustafayev (55kq), Kənan Quliyev (60kq), Tural Əhmədov (66kq), Elşən Alxanov (74kq), Ənvər Xəlilov (84kq), Nurlan İbrahimov (96kq) və Elvin Məşədiyev (l20kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 857 dəfə oxundu.