E.Ç.Məmmədliyə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Olimpiya təqaüdünün verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” 2002-ci il 10 oktyabr tarixli, 798 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. XXIX Pekin Yay Olimpiya Oyunlarının çempionu Elnur Çingiz oğlu Məmmədliyə Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2008-ci il

Xəbər 976 dəfə oxundu.