Huntelaar İstanbula gedəcək
«Şalke-04»ün forvardı Klas Yan Huntelaar fevralın 20-də İstanbulda forma geyinə biləcək. İdman.com.az saytının məlumatına görə, futbolçu «Qalatasaray»a qarşı Çempionlar Linasındakı səfər matçına hazır olacaq.

Huntelaar Bundesliqanın 21-ci turunda «Bavariya»ya qarşı oyunu sol gözündə problemlərin olması səbəbindən buraxmışdı. Lakin həkimlər onun «Qalatasaray»la oyuna hazır olacağını bildiriblər. Futbolçu özü səhhəti ilə bağlı bunları deyib:

«Hər şey artıq daha yaxşıdı. Müalicə gözlədiyimdən çox vaxt aparsa da, artıq hər şey qaydasındadı. Sadəcə, bir qədər gözləmək lazımdı. Ümid edirəm ki, artıq şənbə günü «Mayns»la oyuna çıxa biləcəyəm».

Xəbər 876 dəfə oxundu.