FİFA Droqbanın «Qalatasaray»a keçidini dəstəklədi
«Qalatasaray»ın yeni forvardı Didye Droqba öz klubunun formasını geyinə biləcək. İdman.com.az saytının məlumatına görə, FİFA kotdivuarlının keçmiş klubu «Şanxay Şenxua»nın futbolçunun İstanbul klubuna keçidinə etirazını rədd edib.

Çin komandası iddia edirdi ki, Droqbanın «Qalatasaray»la müqavilə bağlamağa hüququ yoxdur. Belə ki, o, «Şanxay»ın oyunçusudu və ona sərbəst agent statusunu heç kəs verməyib.

Forvard isə öz növbəsində bildirib ki, «Şanxay Şenxua» şəxsi müqavilənin heç də bütün şərtlərinə əməl etməyib. Federasiya da futbolçunun tərəfini saxlayıb.

Xəbər 872 dəfə oxundu.