Baroş «Qalatasaray»ı tərk etdi
Çex Respublikası yığmasının forvardı Milan Baroş «Qalatasaray»ı tərk edib. İdman.com.az saytının məlumatına görə, tərəflər qarşılıqlı razılığa əsasən müqaviləni ləğv ediblər. Avro-2004-ün ən yaxşı bombardiri istanbulluları tərk edəcəyini klubunun keçmiş «Çelsi» forvardı Didye Droqba ilə müqavilə bağlamasından sonra qətiləşdirib. Baroşun karyerasını davam etdirmək variantları sırasında doğma klubu «Banik», eləcə də Rusiya və Qətər komandaları var.

31 yaşlı forvard «Qalatasaray»a 2008-ci ildə «Lion»dan keçmişdi. İlk mövsümündəcə 20 qolla Türkiyə çempionatının ən yaxşı qolçusu olmuşdu. 2011-2012-ci illər mövsümündə Baroş Türkiyə çempionu adını qazanıb. Çex futbolçu türk klubundakı 4 ilində meydana çıxdığı 116 rəsmi matçda 61 qol vurub. Milan Baroş, bu qolların 48-i Superliqa, 12-ni Avropa kubokları, 1-ni də Türkiyə Kuboku matçlarında vurub.

Xəbər 1153 dəfə oxundu.