Emin Əliyevin durumunda irəliləyiş var
Yanvarın sonunda məşqlərin birində zədə almış Gəncənin “Kəpəz” komandasının futbolçusu Emin Əliyevin durumunda irəliləyiş var.

Topuq oynağında iki yerdə sınıq və bağında hissəli qopma olan gənc yarımmüdafiəçinin vəziyyəti yaxşılığa doğru dəyişir.

Ayağı iki həftə gipsdə qalmış futbolçu bundan sonra reabilitasiya mərhələsinə başlayacaq.

AzərTAc

Xəbər 812 dəfə oxundu.