“Kəpəz” son məşqini bu gün keçirib
Çempionatın XX turu çərçivəsində “Rəvan”la qarşılaşacaq “Kəpəz” oyun öncəsi son məşqini bu gün keçirib. Hazırlıq prosesi matçın reallaşacağı “Dalğa Arena”da baş tutub.

Saat 11:00-da startı verilən son məşqdə baş məşqçi Mahmud Qurbanov yetirmələrini çox da ağır çalışmalarla yükləməyibr.

Qeyd edək ki, Emin Əliyev istisna olmaqla, komandada zədəli futbolçu yoxdu.

Xəbər 926 dəfə oxundu.