“Rabitə” “dördlər finalı”na cıxdı
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının II pley-off mərhələsinin cavab görüşləri keçirilib. İdman.com.az saytının məlumatına görə, “dördlər finalı” uğrunda qarşılaşmada “Rabitə” evdə Kazan “Dinamo”su ilə cavab matçına çıxıb.

Marçello Abbondanzanın rəhbərlik etdiyi komanda səfərdə qalib gəldikləri hesabla - 3:1 - Bakıda da qalib gəlib. Bununla, Azərbaycan çempionu bir mövsümlük fasilədən sonra yenidən “dördlər finalı”na yüksəlib.

Xəbər 1101 dəfə oxundu.