Şəhər çempionatına yekun vuruldu
12 fevral tarixində “Alüminumçu” İdman Evində keçirilən “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş sambo üzrə kişilər arasında şəhər çempionatında şəhərin “Təhsil” RİM-Sumqayıt Filialı, 2 saylı UGİM, “Azəri” İSM, DİN-İ.C. və İOEUGİ məktəbinin 50-dən artıq samboçusu qalib adı uğrunda mübarizə aparıblar.

Çempionatda Emil Əhmədov (52kq), Xanoğlanov Zülfüqar (57kq), Ramil Həzizadə (62kq), Tural Quliyev (68kq), Emin Qulamov (74kq), Mehman Xəlilov (82kq), Rəşad Fərzəliyev (90kq) və Sərxan Mərifəti (100kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif ediliblər.

Xəbər 1034 dəfə oxundu.