Komandamız bu gün Qazaxıstana qarşı
Boks üzrə milli komandamız bu gün Qazaxıstanda ilk döyüşünə çıxacaq. Yerli vaxtla saat 17:00-da başlayacaq görüşdə yığmamızın rəqibi Qazaxıstan olacaq. Artıq hər iki komandanın heyəti açıqlanıb. Baş məşqçi Vladimir Zolotaryov Qazaxıstan millisi ilə döyüşdə bu idmançılara şans verəcək:

49 kq – Münasib Məmmədov – Azərbaycan çempionatının finalçısı (2013-cü il)

52 kq – Əbdürrəhman Şirinov - Azərbaycan çempionatının finalçısı (2013), Umaxanov turnirinin qalibi (Dağıstan, 2012)

52 kq – Kamran Məlikov – Azərbaycan çempionatının finalçısı (2013)

56 kq – Samir Məmmədov – Dünya çempionatının bürünc mükafatçısı (Çikaqo, 2007), Pekin Olimpiadasının iştirakçısı, Azərbaycan çempionu (2013).

56 kq – İlkin Ağayev – Azərbaycan çempionatının finalçısı (2013)

60 kq – Elvin İsayev – 19-22 yaşlılar arasında Avropa çempionatının qalibi (Kalininqrad, 2012), Azərbaycan çempionatının finalçısı (2013).

60 kq – Şaban Şahpələngov – Azərbaycan çempionu (2013), gənclər arasında dünya çempionu (2010).

64 kq – Heybətulla Hacəliyev – Avropa çempionatının bürünc mükafatçısı (Ankara, 2011), Azərbaycan çempionu (2013).

69 kq – Tamerlan Abdullayev – Azərbaycan çempionu (2013), tələbələr arasında dünya çempionatının finalçısı (Bakı, 2012)

75 kq – Sultan Migitinov – Azərbaycan çempionu (2013), London Olimpiadasının iştirakçısı

75 kq – Emil Əhmədov – Azərbaycan çempionatının mükafatçısı (2013).

81 kq – Rauf Rəhimov – Azərbaycan çempionu (2013), Gənclər arasında Avropa çempionu (2011)

91 kq – Teymur Məmmədov – London Olimpiadasının bürünc mükafatçısı, dünya çempionatının gümüş mükafatçısı (2011), Avropa çempionu (2011)

91+kq – Kamran Mehdiyev – Azərbaycan çempionu (2013)

91+kq – Əsxab Abdulxaliqov – Azərbaycan çempionatının finalçısı (2013)

Qazaxıstan komandasının heyəti:

49 kq – Birjan Jakipov – Dünya çempionatının bürünc mükafatçısı (2005), London Olimpiadasının iştirakçısı

52 kq – İlyas Süleymanov – London Olimpiadasının iştirakçısı

56 kq – Kayrat Yeraliyev – Qazaxıstan çempionu (2012)
60 kq – Berik Abdraxmanov – Qazaxıstan çempionu (2012)

64 kq – Merey Akşalov – Qazaxıstan çempionu (2012), Pekin Olimpiadasının iştirakçısı

69 kq – Daniyar Yeleusinov – London Olimpiadasının iştirakçısı, gənclər arasında dünya birinciliyinin gümüş mükafatçısı (2008)

75 kq – Janibek Alimxanulı – Qazaxıstan çempionu (2012)

81 kq – Adilbek Niyazimbetov – London Olimpiadasının gümüş mükafatçısı, dünya çempionatının finalçısı (2011)

91 kq – Anton Pinçuk – Qazaxıstan çempionu (2012)

91+kq – İvan Dıçko – London Olimpiadasının bürünc mükafatçısı, dünya çempionatının bürünc mükafatçısı (2011).

Millimiz fevralın 15-də Ukrayna, 17-də isə Özbəkistan komandaları ilə qarşılaşacaq.



Xəbər 975 dəfə oxundu.