“Sumqayıt”da iki yeni futbolçu
Premyer Liqanın son turunda “Bakı” ilə heç-heçə edən (1:1) “Sumqayıt” bir günlük istirahətdən sonra yenidən bir araya gəlib.“Bayıl Arena”da səhər məşqinə çıxan Bernhard Raabın komandası tam heyətlə “Qarabağ”la oyuna hazırlaşır.

Bu arada, əvəzedici komandanın iki üzvü – Bayram Nuruzadə və Fərid Kərimzadə də əsas komandaya cəlb olunub. Hər iki futbolçu səhər məşqində iştirak edib.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın növbəti turu çərçivəsində fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı olacaq. Qarşılaşma saat 16.00-da başlayacaq.

Xəbər 853 dəfə oxundu.