Ronaldo açıqlama verib
Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted”in (1:1) qapısına qol vuran “Real”ın futbolçusu Kriştiano Ronaldo oyundan sonra açıqlama verib. Matçın əvvəlində qol vurduğu təqdirdə sevinməyəcəyini deyən Ronaldo, sözünə əməl edib:

“Matçı qazanmaq istəyirdim. Ancaq əvvəllər şərəfini qoruduğum “Mançester Yunayted”ə həmişə hörmət edirəm”.

“Mançester Yunayted”ə qarşı olan hörmətinə görə hesabı bərabərləşdirməyə sevinmədiyini vurğulayan Ronaldo, Çempionlar Liqasındakı qol sayını yeddiyə çatdırıb. Ronaldonu 6 qolla “Qalatasaray”ın hücumçusu Burak Yılmaz izləyir.

Xəbər 868 dəfə oxundu.