Milli komandaya təcrübə deyil, oyun planı lazımdır
Milli futbol komandamız uzun fasilədən sonra yoldaşlıq oyununda qələbə qazandı. Əlbəttə, rəsmi rəqəmlərlə hesab aparmaq üçün yoxlama oyunlarının elə bir mənası yoxdur. Bu görüşlər yalnız komandanın taktiki-texniki hazırlıq imkanlarına qiymət vermək, oyun ssenarisini təyin etmək, futbolçuların birgə oyun praktikasını artırmaq üçündür. Foqts bu toplantıda, yəqin ki, onun özünə görünəcək inqilabi dəyişikliklərə əl ataraq, 6 yeni futbolçuya milli komandada oynamaq imkanı verdi. Bunun futbolçuların transfer qiymətinə nə qədər təsir göstərəcəyini söyləmək olmaz, lakin onun son görüşdə meydana daxil etdiyi debütunt Qara Qarayev bu formanı geyinmək hüququnu digər həmkarlarından da əvvəl əldə etmişdi.

Elə bu yeniliklərə görə Foqtsun bu toplantısının qiymətini tam mənasında vermək mümkün olmadı. Axı, 6 futbolçunun değütant olduğu bir komandanın oyunundan nə gözləmək olardı! Lixtenşteynlə görüş də bu mənada istisna olmadı. Hələ ki, Foqts optimal çıxış yolu tapmaq niyyətində olmadığını və hər şeyi futbolçuların öz potenqsial imkanlırana buraxdığını bir daha göstərdi. Baş məşqçinin işi daha çox təşkilatçılıqda görünə bilərdi. Məsələn, o, futbolçulara əməli funksioanl tapşırıqlar verməklə, qismən də olsa, tərəqqi əldə edə bilərdi. Lakin bunu heç izləmək mümkün olmadı. Komandanın qurucu işi sıfır həddində olaraq qalır. Maraqlıdır ki, buna Foqtsun özü də təəccüblənir. Yaxşı, heç olmasa, bunun səbəblərini də göstər. Əlbəttə, komanda bu matçda fərqli qələbə qazana bilərdi. Lakin bu, əsasən, rəqibin zəifliyinin oyun planında millimizdən geri qalmasının nəticəsidir.

Söz yox ki, Lüksemburqla görüş üçün matçdan nəticələr çıxarmaq, ən azı, futbolçuların qələbəyə inam qazanmasını təmin etmək olar. Bununla belə, hətta həmin rəqibdən də xal qoparmaq üçün mütləq oyun quruculuğunda dəyişikliklər baş verməlidir. Komandanın arxa dayaq yarımmüdafiədən çıxışı hələ də həll olunmayıb. Cinah yarımmüdafiənin orta sahə ilə oyununda vahid konsepsiya yoxdur. Hücumların şüurlu təşkili əvəzinə, hərc-mərci təsadüf elementləri daha çoxdur.
Daha çox hücum haqqında bəhs etməyimiz də səbəbsiz deyil. Komandamızın yeganə uğur imkanı məhz hücum qurulucuğunda ola bilər. Dünya kuboku-2014-ün seçmə mərhələsindəki rəqiblərimizə nəzər salsaq, yalnız iki rəqiblə matçda oyun quruculuğu ikiplanlı ola bilər. Qalan hallarda isə komanda əsəsən təzyiq elementindən istifadə etməlidir. Bunlardan biri rəqibi inamlı oyundan ehtiyatlığya şövq etməklə, komandaya nisbi sabit oynamaq imkanı verəcək. Digəri isə qrupun autsayderinə qarşı planın tərkib hissəsidir ki, bu halda rəqib məhz təzyiqlə qapısına qovulmaqla, istənilən oyun variantını tətbiq etməyə imkan verəcək.

Əfsuslar olsun ki, bu gün milli komandmızda bu kimi planların cızılmasını görmürük. Futbolumuza heç bir sayğısı hiss olunmayan Foqts, yalnız aparıcı futbolçuları komandaya cəlb etməklə, sadəcə, əməli vərdişlərin formalaşdırılması ilə məşğuldur. Lakin uzun illərin təcrübəsi göstərir ki, bu, Azərbaycan futbolu üçün nəticə verməyəcək bir təcrübə ünsürüdür.
Təcrübənin oyunda əksini tapması barədə artıq söz deməyə də ehtiyac yoxdur. Çünki bu, daha çox, klublarımızın vəzifəsidir. Axı, futbolçular əsasən məhz klublarda olurlar. Lakin qış fasiləsinə və yenidən bərpa olunan mövsümün 19-cü turunun oyunlarına nəzər salsaq, aydın görərik ki, klublar da bu məsələdə çox axsayır, geri qalır, inkişaf etmirlər. Deməli, məsələnin kökü üçün vahid milli konsepsiyaya ehtiyac var.

BATI YAR

Xəbər 1341 dəfə oxundu.