Azərbaycan şahmatçıları beynəlxalq turnirdə
Fevralın 11-də Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turniri keçiriləcək.

Rapid növü üzrə turnirdə ölkəmizi İlqar Bacarani, Ülvi Bacarani, Zaur Ocaqverdiyev, Orxan Abdulov, Rauf Məmmədov, Vasif Dürarbəyli və Qadir Hüseynov təmsil edəcəklər.

Şəhriyar Məmmədyarov isə turnirə qonaq qismində dəvət olunub.

AzərTAc

Xəbər 893 dəfə oxundu.