Astara Atletlərinin möhtəşəm qələbəsi
7-9 fevral tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Atletika Federasiyasının 2013-cü il üçün təqvim planına əsasən Bakı şəhərində 16-19 yaşlı yeniyetmələr arasınında atletika üzrə Azərbaycan birinciliyi keçirilib. Komanda bu yarışda tam heyətlə çıxış edib.

1500 metr məsafəyə qaçışda II qat Azərbaycan çempionları Arif Qeybiyev birinci yerə, Əli Şahverdiyev ikinciyə layiq görülüblər.

O cümlədən 3000 metr məsafəyə qaçışda atletlərimiz komanda yoldaşlarının mötəşəm qələbələrindən ruhlanaraq Əli Şahverdiyev birinci yerə, Neyməddin Qənizadə ikinciyə layiq görülüblər.

800 metr məsafədə qaçışda Arif Qeybiyev ikinci dəfə mübarizə apararaq ikinci yerə layiq görülüb.

Beləliklə estafetçilərimiz Sumqayıt, Gədəbəy, Xaçmaz, Gəncə və Bakı-2 komandalarını məğlub edərək gümüş medallar qazanıblar.

Ümumilikdə atletlərimiz 2 qızıl, 6 gümüş və 1 bürünc medallarla yarışı başa vurublar.

Atletləri hazırlayan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Beynəlxalq Atletika Federasiyasının (İAAF) II dərəcəli məşqçi, Fikrət Qafarov Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tərəfindən yarışın ən yaxşı hakimi kimi fəxrə-fərman və hədiyyə ilə təltif edilib.

Sonda qaliblər idarə rəisi Ərçə Əliyev tərəfindən mükafat və diplomlarla təltif olunublar.


Astara Rayon Gənclər və İdman
İdarəsinin rəisi Ərçə Əliyev

Xəbər 1343 dəfə oxundu.