“İnter” klubu daha bir yeniliyə imza atıb
“İnter” Peşəkar İdman klubu daha bir yeniliyə imza atıb. Hər zaman azarkeşlərini düşünən klub bu gündən etibarən yeni - radio “İnter” layihəsini təqdim etdi.

Azarkeşlərini artıq “İnterTV” layihəsilə sevindirmiş “İnter” ümid edir ki, radio fanatların zövqlərinə uyğun gələcək. Yeni radio vasitəsilə klub xəbərlərini azarkeşlərin diqqətinə çatdırmağı planlaşdıran "İnter" auditoriyanı maraqlı qonaqlar və müxtəlif mövzulara həsr olunmuş proqramlarla da sevindirməyi düşünür.

Radioya qoşulmaq üçün www.inter.az saytına daxil olmaq kifayətdir.

Xəbər 860 dəfə oxundu.