Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib | |
2013-cü il Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib. Nigeriya yığması tarixində 3-cü dəfə “qara qitə”nin ən güclüsü sayılıb. Bu komanda finalda Burkina Fasoya minimal hesabla qalib gəlib – 1:0. Yeganə topu 40-cı dəqiqədə Sandi Mba vurub. Qeyd edək ki, Nigeriya millisi əvvəllər 1980 və 1994-cü illərdə Afrika Millətlər Kubokunun qalibi, 2002, 2004, 2006 və 2010-cu illərdə bürünc mükafatçı olub. Burkina Faso isə tarixində ilk dəfə finalda çıxış edib. |
|
Xəbər 911 dəfə oxundu. |
|
|