Astara rayonunda müşavirə keçirilib
Astara rayon Gənclər və İdman İdarəsinin 2013 –cü il tədbirlər planına, “Azərbaycan gəncliyi 2011-2015 –ci illərdə Dövlət Proqramı” nın 6.6.2, 6.6.3 maddələrinə, “Narkotik vasitələrin, psoxotropmaddələrin və onların prekursorlarının qanunsuz dövriyəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrindən irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 7 fevral Gənclər və İdman İdarəsində, 8 fevral Heydər Əliyev Mərkəzində, “Bəşəriyyətin faciəsi”, “Narkotiklərsiz XXI əsr” mövzularında seminar, müşavirə keçirilib.

Seminar müşavirələrdə “Narkotiklərsiz XXI əsr”, “Ağ ölüm”, “Narkotiklərə yox de, sağlam həyatı seç” mövzularında rəsm əsərlərinin sərgisi nümayiş etdirilib.

Tədbir iştirakçılarına maarifləndirmək məqsədi ilə RGİİ tərəfindən hazırlanan “Uşaqlar və narkotiklər”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükəlidir” mövzularında broşuralar və əyani vəsaitlər hazırlanaraq gənclərə paylanılıb. Hər iki tədbiri giriş sözü ilə RGİİ –nin rəisi Ə.Əliyev açıb və tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Mərkəzi Xəstəxananın narkoloq həkimi, Rayon Polis Şöbəsinin, YAP Gənclər təşkilatının nümayəndələri iştirak edərək çıxış ediblər.

Xəbər 869 dəfə oxundu.