Uesli Sneyder öz oyunu haqda fikirlər bildirib
Türkiyə Superliqasında “Antalyaspor”la (2:0) qarşılaşmadan sonra “Qalatasaray”ın yeni transferi Uesli Sneyder oyun haqda fikirlərini bildirib. Fanat.az xəbər verir ki, futbolçu uzun müddətdən sonra start heyətində meydana çıxmağına sevinib:

“Uzun müddətdən sonra ilkin heyətdə meydana çıxmaq sevindiricidi. Lazım olan 3 xal qazandıq. Komanda olaraq yaxşı oynadıq. Öz oyunumdan razıyam. Meydanda 80 dəqiqə oynadım. Sadəcə irəli ötürmələrdə biraz bəxtim gətirmədi. Təbii ki, bundan daha yaxşı ola bilərəm. Bundan sonrakı matçlara daha yaxşı çıxacağımı düşünürəm”.

Xəbər 863 dəfə oxundu.