Yevlaxda yunan-roma güləşi üzrə rayon birinciliyi
Fevralın 8-də Yevlax şəhər Xaldan qəsəbəsində orta məktəbin güləş zalında yunan-roma güləşi üzrə rayon birinciliyi keçirilib.

Rayon birinciliyində 10 çəki dərəcəsində 70 nəfər yeniyetmə güclərini sınayıblar. Yarışın keçirilməsinin məqsədi bu idman növünün rayonda inkişaf etdirilməsi,yeniyetmə güləşçilərin hazırlıq səviyyəsinin artırılması və yığma komandanın tərkibinin seçilməsidir.

Qaliblər Yevlax şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 1120 dəfə oxundu.