“Barselona” “Real”dan futbolçu istəyir
“Barselona”nın prezidenti Sandro Rosell “Real”dan bir futbolçunu transfer etmək istədiyini açıqlayıb. Klub rəhbəri bu barədə ABC radiosundakı çıxışı zamanı açıqlama verib.

Rosell həmin futbolçunu çox bəyəndiyini, amma adını açıqlamayacağını bildirib. O, həmçinin prezident olduğu müddətdə “Barselona”nın “siyasi silah” olaraq istifadəsinə imkan verməyəcəyini də qeyd edib.

Xəbər 816 dəfə oxundu.