Taekvondoçularımızdan 3 medal
İsveçdə ənənəvi “Trelleborq Open” turnirində iştirak edən gənclərdən ibarət seçmə komandamız yarışa uğurla başlayıb. İdman.com.az saytı xəbər verir ki, Avropa Taekvondo Birliyinin (ETU) “A” dərəcəli turnirinin ilk günü idmançılarımız 3 medal qazanıblar. Nərminə Məmmədova (44 kq) qızıl medala, Tağı Tağızadə (45 kq) ilə Məhəmməd Məmmədov (55 kq) isə bürünc mükafata sahib olublar.

12 taekvondoçumuzdan digərləri, Zümrüd Məlikova (49 kq), Samir Novruzov (51 kq), Yusif Hüseynli (9 kq), Mirxanım Ağayeva (44 kq) və Təranə Məmmədova (46 kq) mübarizəni 1/4 finalda, Aynur Məmmədova (49 kq), Babək Əjdərli (48 kq), Əli Axundov (59 kq) və Məmmədnəbi Alqayev (55 kq) isə çıxışlarını təsnifat mərhələsində başa vurublar.

Xəbər 1055 dəfə oxundu.