Zərdab rayonunda rayon çempionatı keçirilib
6-7 fevral Zərdab rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə stolüstü tennis idman növü üzrə rayon çempionatı keçirilib. Zərdab şəhəri Uşaq Gənclər İdman məktəbində 40 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününü qeyd etmək, idmanın stolüstü tennis növünü rayonda inkişaf etdirməkdir.

Sonda Fuad İsmayılov birinciyə, Elsevər Hüseynov ikinciyə, Soltan Cəbrayılov üçüncü yerə layiq görülüblər.

Xəbər 1036 dəfə oxundu.