Yeniyetmə qızlar Ukraynada 3 bürünc medal qazanıb | |
6-8 fevral 2013-cü il tarixdə Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib. Yığmamızın üzvləri turniri 3 bürünc medalla başa vurub. Medal qazanan güləşçilərimiz Ülkər Babayeva (37 kq), Şəbnəm Əhmədova və Səbinə Həmzəzadə (hər ikisi 48 kq) olub. Yığma komandanın üzvləri turnirdən öncə birgə təlim-məşq toplanışında olub. Məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynaya yollanan heyətdə 7 güləşçi yer alıb. |
|
Xəbər 861 dəfə oxundu. |
|
|