Mourinyo növbəti mövsümün planlarını indidən qurur
Cari mövsümdə La Liqada uğursuz çıxış edən “Real”ın baş məşqçisi Joze Mourinyo növbəti mövsümün planlarını indidən qurur. Portuqaliyalı mütəxəssisin gələn mövsüm komandada görmək istədiyi futbolçulardan biri müəyyənləşib.

İspaniya mətbuatının məlumatına görə, Mourinyo Kiyev “Dinamo”sunun və Ukrayna millisinin üzvü Andrey Yarmolenkonu Madridə aparmaq istəyir. O, hətta 23 yaşlı oyunçunu izləmək üçün Aytor Karankaya tapşırıq verib.

Ukrayna millisinin İspaniyada Norveçlə keçirdiyi yoxlama oyununu izləyən Karanka Avropa çempionatında özündən söz etdirən Yarmolenko haqqında informasiya toplayıb. “Dinamo” ilə 2015-ci ilə qədər müqaviləsi olan futbolçunun transfer qiyməti 22 milyon avro civarında qiymətləndirilir.

Qeyd edək ki, 2008-ci ildən “Dinamo”nun əsas heyətində çıxış edən Yarmolenko 109 oyuna çıxıb və 36 qol vurub. O, 2009-cu ildən 28 dəfə milli formanı geyinərək, 9 dəfə rəqib qapıçıları məyum edib.

Xəbər 846 dəfə oxundu.