“Sumqayıt” növbəti transferini həyata keçirib
Premyer Liqanın ikinci mərhələsi üçün hazırlığını davam etdirən “Sumqayıt” növbəti transferini həyata keçirib. Sumqayıt klubu Almaniyanın “Berliner AK” klubunda çıxış etmiş edən Azərbaycan əsilli yarımmüdafiəçi Can Akgünlə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, hər iki ayağı ilə oynamaq qabiliyyəti olan 1989-cu il təvəllüdlü futbolçu 1.86 sm. boya malikdi. Akgün peşəkar karyerasına 2008-ci ildə Almaniyanın “Türkiyemspor” klubunda başlayıb. Bu komanda ilə ümumilikdə 27 oyuna çıxan futbolçu 2 qol vurub və 2 qol ötürməsi ilə yadda qalıb. Daha sonra “Berliner AK”a transfer olunan Can ilk mövsümdə 10 qarşılaşmada 3 qol vurub. 2010/11 mövsümündə bu klubla 25 oyuna çıxan yarımmüdafiəçi rəqib qapılarından 2 top keçirib və 3 qol ötürməsi edib. Can 2012/13 mövsümünün ilk yarısında isə “Berliner AK”da 7 qarşılaşmada forma geyinib.

“Sumqayıt” bundan əvvəl Tərlan Əhmədlini, Emil Cəbrayılovu və Mirzağa Hüseynpuru heyətinə qatıb.

Xəbər 887 dəfə oxundu.